“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi AR Prezidenti yanında “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Plastik və polietilen qablaşdırmanın azaldılması üçün əhalinin təşviqi və maarifləndirmənin aparılması” layihəsi çərçivəsində plastik qablaşdırmanın azaldılması və onu əvəz edən alternativ qabaşdırmadan isifadənin genişləndirilməsi üçün 20 avqust-15 sentyabr 2020-ci il tarixində Bakı şəhərində yerləşən supermarketlərdə (Bazarstore, Bizim Market, Bravo, Araz və s) satıcılar,market menecerləri və alıcılar arasında soğu keçirmişdir.
Sorğu 10 sualdan və plastk maye qabların şüşə qablarla əvəzlənməsi üçün əlavə 2 sualdan ibarətdir. Sorğuda 378 nəfər respondent iştirak etmişdir. Bunlardan 175 nəfəri əsasən Bazar Store, Bizim Market, Araz market və Bravoda işləyən satıcılar, menecerlərdir və 203 nəfər isə alıcılar təşkil etmişdir.
Rəyi soruşulan respondentlərin əksəriyyəti plastik torbaların, plastik maye qabların və birdəfəlik plastik qabların ətraf mühitə mənfi təsir etdiyini bildiklərini bildirmişlər. Market satıcıları və menecerləri bildirmişlər ki, gündəlik marketin ticarət həcmindən asılı olaraq 15-20, 20-30 və hətta 30-40 kq plastik torbalardan istifadə edilir və bu çox iri rəqəmlərdir.
Marketdə işləyən satıcılar və menecerlər düşünürlər ki, plastik torba və plastik qablaşdırmanın azaldılması üçün marketlər kifayət qədər alternativ torba və birdəfəlik qablarla təmin olunmalıdır və bu istiqamətdə maarifləndirici tədbirlər keçirilməlidir. Rəyi soruşulan alıcılar bildirirlər ki, alternativ torba və qablar olarsa onlar məmnuniyyətlə onlardan istifadə edərlər. Demək olar ki, rəyi soruşulan bütün respondentlər plastik torba və qablaşdırmadan alternativ, ətraf mühitə təsiri zəif olan qablaşdırma və torbalardan istifadə edilməsini müsbət qarşılayırlar və məmnuniyyətlə bu prosesə dəstək verməyə razıdırlar.
Eyni zamanda respondentlər əgər şüşə qablar plastik soyuq içki qabları kimi istifadə edilərsə qiymətində olan artıma baxmayaraq ətraf mühitə təsiri azaltmaq üçün onları almaqda davam edəcəklərini bildirmişlər.
Sorğu zamanı məlum olmuşdur ki, soyuq içkilərdə istifadə olunan şüşə qablar plastik qablarla müqayisədə 10:90% nisbətindədir.
Araşdırma və aparılan sorğu işləri layihənin ekspertləri(k.e.ü.f.d-Sadiq Həsənov, ekoloji ekspert Tələt Qəribov və k.e.ü.f.d Hökmən Mahmudov) tərəfindən aparılmışdır.
Layihə çərçivəsində supermarketlərdə, pastik və alternativ torba və qablaşdırma istehsalçıları, istehlakçı müəssisələr barədə monitorinq və qiymətləndirmə işləri davam edir.