Ali Baş Komandanımızın və Ordumuzun yanındayıq!
Toqraqlarımızı tam olaraq işğaldan azad edəcəyik!
Ölkə QHT-lərinin xalqımıza müraciəti
Bu gün səhər saatlarında Ermənistan silahlı birləşmələri Azərbaycana qarşı hücuma keçmiş və yeni ərazilərimizi işğal etmək məqsədilə bütün sərhəd boyu hərbi obyektləri və mülki əhalini hədəfə almışdır. Azərbaycan Ordusu düşmənə ağır zərbələr vurararaq onu geri oturtmuş və bütün cəhbə boyu əks-hücuma keçmişdir. Daxil olan məlumatlara görə, düşmən birlikləri ciddi itkilər verərək geri çəkilir.
Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs savaşa başlayıb. Həlledici döyüşlərdə yüksək döyüş ruhuna malik Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı düşməndən azad edir.
Ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli günlərdə xalqımız bütün varlığı ilə Ali Baş Komandanın, Ordumuzun yanındadır. Bu gün bütün xalqımız, o cümlədən də qeyri-hökumət təşkilatları bu müqəddəs savaşın önündə gedən, vətən uğrunda canını fəda etməkdən çəkinməyən əsgər və zabitlərimizlə fəxr edir.
Bütün vətəndaşlarımızı, o cümlədən də cəbhəyanı rayonlarda yaşayan əhalimizi daha diqqətli olmağa və rəsmi məlumatlardan başqa heç bir xəbər və şayiələrə inanmamağa çağırırıq.
Bu bəyanatı imzalayan bütün QHT-lər Ali Baş Komandan əmr edəcəyi təqdridə yaşımızdan asılı olmayaraq hamımız cəbhəyə getməyə, topaqlarımızın işğaldan azad olunması uğrunda vuruşmağa hazır olduğumuzu bəyan edirik.
Biz torpağımızın sahibiyik, onun uğrunda ölməyə də, öldürməyə də qadirik!
Bu müqəddəs savaşda biz mütləq qalib gələcəyik!
Allah qəhrəman Ordumuzu qorusun və daim qalib etsin!
Əldə etiyimiz ilkin qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu və xalqımızı ürəkdən tbrik edirik!
İmza: 1128 QHT