“İran müxtəlif ölkələrdən gələn silah-sursatı Ermənistana daşımaqla məşğuldur”.
“Report” xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlıparlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, bu müsəlman ölkəsi dayanmadan Ermənistana köməklik edir:
“Bu, onların şüuru və bizə yanaşmasıdır. Təklif edirəm ki, biz növbəti səfriliyimizi İsraildə açaq”.
Deputat Fəzail Ağamalı da İsraildə Azərbaycanın səfirliyinin açılmasına ciddi ehtiyacın duyulduğunu bildirib.