Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 145 nəfər sağalıb, 182 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 41 min 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 38 min 858 nəfər müalicə olunaraq sağalıb, 602 nəfər vəfat edib. Aktiv xəstə sayı 1653 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 150 min 658 test aparılıb. Bugünkü test sayı isə 5261-dir.