Oktyabrın 7-də Gürcüstanın Kaxeti bölgəsinə iki ədəd pilotsuz uçuş aparatı düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ilk pilotsuz uçuş aparatı yerli vaxtla saat təxminən 18:35 radələrində Sagareco Bələdiyyəsinin Udabno kəndinin yaxınlığında, ikinci aparat isə 18:45-də Kvareli Bələdiyyəsinin Sanavardo kəndinin yaxınlığında qəzaya uğrayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Həmin ərazilərdə polis və aidiyyəti qurumların mütəxəssisləri araşdırma aparır.