Azərbaycan Respublikasında koronavirus infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, daha 64 nəfər sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 42 min 381 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 39 min 468 nəfər müalicə olunaraq sağalıb, 612 nəfər vəfat edib. Aktiv xəstə sayı 2301 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 187 min 136 test aparılıb. Bugünkü test sayı isə 6865-dir.