Xəbər verildiyi kimi, oktyabrın 17-də təcavüzkar erməni silahlı birləşmələri saat 01:00 radələrində Mingəçevir və Gəncə şəhərlərinə ballistik raketlərdən zərbələr endirib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) İctimaiyyətlə əlaqələr və media mərkəzindən AZƏRTAC-a bildirilib ki, Mingəçevir şəhərində yerləşən elektrik stansiyalarına hədəflənmiş raketlər havada məhv edilsə də Gəncə istiqamətində endirilən zərbə nəticəsində beynəlxalq əhəmiyyətli 500 kilovoltluq Samux-Qardabani hava elektrik xəttində qəza baş verməsinə səbəb olub. 24 saat fasiləsiz xidmət göstərən ASC-nin əməkdaşları qısa vaxt ərzində Azərbaycandan Gürcüstana enerji ötürülən xəttə baş verən qəzanı aradan qaldırıblar.