Ermənistan qorxaq, xain və müharibə cinayətkarıdır. Erməni xainlər keçmişdəki cinayətlərini Azərbaycanda yenidən törədirlər. Onlar mülki insanları öldürərək erməni xofu yaratmağa çalışırlar. Bu münaqişədə haqlı olan Azərbaycandır. Türk yurdu Dağlıq Qarabağın əsl sahibinə, Azərbaycana qaytarılmasının zamanı çatıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçeli partiyanın Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışında ifadə edib.
Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan MHP sədri xalqlarımızın tarixi və mədəni baxımdan bağlı olduğunu diqqətə çatdıraraq deyib: “Dağlıq Qarabağ coğrafiyasında yazılanlar türk tarixidir. Tökülən türk qanı, fəda edilən türk canıdır. Bu şücaətin qarşısında dəftəri bağlanıb yox ediləcək, yerlə-yeksan olunacaq işğalçı ünsür terrorçu Ermənistan dövlətidir”.
Ermənistanı Azərbaycanın böyük şəhərləri Gəncə, Mingəçevir, Bərdə, Yevlax, hətta Naxçıvanın Ordubad bölgəsi də daxil olmaqla mülki yaşayış yerlərinə, dinc əhaliyə raket və artilleriya hücumları etməsinə görə kəskin şəkildə qınayan MHP sədri Dövlət Bahçeli deyib: “Barbar Ermənistan məzarlığı belə bombalayaraq qana susayıb”.
Azərbaycanın haqq işinə səssiz qalanları qınayan partiya sədri deyib ki, bu gün Azərbaycanın qarşılaşdıqlarının eynisi sabah başqa ölkələrin də başına gələcəkdir. Dağlıq Qarabağda zəfər Azərbaycanın olacaqdır. İşğalçı Ermənistan 30 ildir dağıdıb məhv etdiyi torpaqlardan dərhal çəkilməlidir. Ermənilər mülki əhalini qətlə yetirməklə heç nəyə nail ola bilməyəcəklər.