Çempionlar Liqasında bu gün ikinci təsnifat mərhələsinə yekun vurulacaq.
Türk.az-ın məlumatına görə, “Qarabağ” öz meydanında “Kukesi”ni qəbul edib. Albaniya çempionu ilə səfər matçında qolsuz bərabərliyə nail olan Ağdam klubu bu dəfə rəqibini 3 cavabsız qolla məğlub edib.
Bununla da Qurban Qurbanovun komandası 3-cü təsnifat mərhələsinə yüksəlib. Təmsilçimiz bu mərhələdə Belarusun BATE klubu ilə qarşılaşacaq.
2-ci təsnifat mərhələsinin cavab oyunu
21:00. “Qarabağ” (Azərbaycan) – “Kukesi” (Albaniya) – 3:0
Qollar: Dani Kintana, 24-pen. 57-pen. Con Delarj, 89
Matçın 53-cü dəqiqəsində İnnosent Emeqara penaltidən yararlana bilməyib
Qırmızı vərəqə: Alla, 52 (“Kukesi”)
Hakimlər: Peter Kralovic, Miroslav Benko, Erik Weiss, Patrik Hrcka (hamısı Slovakiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 0:0