Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova İzmir vilayətində baş verən zəlzələdə ölənlərlə əlaqədar türkiyəli həmkarına başsağlığı verib.
“Report”un məlumatına görə, bu barədə parlamentin rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb:
“Bu gün İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım TBMM Sədri cənab Mustafa Şentopa zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım. Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir”.
Bu gün #İzmir şəhərində baş verən zəlzələ ilə əlaqədar olaraq həmkarım @TBMM Sədri cənab @MustafaSentop zəng etdim, başsağlığı və keçmiş olsun diləklərimi çatdırdım. Azərbaycan xalqının duaları hər zaman qardaş Türkiyə ilədir. #Azərbaycan #Türkiyə #izmirdeprem pic.twitter.com/DDM5yd2BnS
— Sahibə QAFAROVA (@Az_Spiker) October 30, 2020