Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində qadağan olunmuş silahlarla bağlı paylaşım edib.
“Report” xəbər verir ki, Prezidentin köməkçisi yazıb:
“Tərkibində ağ fosfor olan silahlar tənəffüs zamanı, udulduqda və ya yanmış yerlərdə udulduqda son dərəcə zəhərlidir və insan sağlamlığına ciddi mənfi təsir göstərə bilər.
Belə silahlar ağır istilik və kimyəvi yanmalara səbəb olur. Ermənistanda fosforlu döyüş sursatları istifadə olunub.
Mülki şəxslərə və ya mülki obyektlərə, həmçinin meşələrə və ya bitki örtüyünün başqa növlərinə ağ fosforlu mərmilərlə hücumlar BMT-nin 1980-ci ildə bəzi silah növlərinin qadağan olunması haqqında konvensiyasının yandırıcı silahın tətbiqinin qadağan olunması və ya məhdudiyyəti haqqında III Protokolu ilə qadağan edilib”
Attacks on civilians or civilian objects as well as on forests or other kinds of plant cover White Phosphorus shells prohibited under the Protocol III on Prohibitions or Restrictions on Use of Incendiary Weapons of UN Convention on Certain Conventional Weapons of 1980. pic.twitter.com/MGVtM90gxL
— Hikmet Hajiyev (@HikmetHajiyev) November 3, 2020