Tanınmış tatar yeni nəsil yazıçısı Rüstəm Qaliullin Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan xilaskarlıq və düşməni sülhə məcburetmə əməliyyatı ilə bağlı xəbərləri yaxından izləyən qardaşlarımızdandır. Rüstəm Qaliullinlə Bakıda, Kazanda, Nur-Sultanda görüşlərimizdə onu həmişə Azərbaycan mədəniyyətinə, həqiqətlərimizə sayğılı görmüşəm. Dəyərli dostum və qardaşım bugün öz ürək sözlərini yazıb göndərib. Onu dostlarla paylaşmaq istərdim.
Sayğılarla, Əkbər Qoşalı
“Qardaşlar, siz bizim ürəyimizdəsiz”!
Əziz qardaşlar,
bizim doğma Azərbaycan xalqımız!
Hərbi münaqişəylə bağlı Sizə öz dəstəyimi bildirmək istəyirəm. İnanıram və Allahdan istəyirəm ki, bu çətin döyüşdə Sizə güc versin, qələbə nəsib etsin! Düşmənin Azərbaycanın mədəni və tarixi xəzinəsi olan mülki yaşayış yerlərini atəşə tutmasını qınayıram.
Qardaşlar,
siz bizim ürəyimizdəsiz,
biz sizinləyik!
Dağlıq Qarabağ Vətəni ilə qovuşacaq, haqq qalib gələcək!
Rüstəm Qaliullin,
Tatar yazıçısı