Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1410 yoluxma faktı qeydə alınıb, 779 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 63 min 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 48 min 49 nəfər müalicə olunaraq sağalıb, 824 nəfər vəfat edib. Aktiv xəstə sayı 14875 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 429 min 508 test aparılıb. Bugünkü test sayı isə 12140-dır.