İran mətbuatı Azərbaycanın Qarabağdakı Qələbəsini geniş işıqlandırıb

İran mətbuatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə bəyanat barədə xəbərlərə geniş yer ayırıb.

AZƏRTAC xəbər verir ki, İranın İSNA, İRNA, Mehr, İLNA, “Tehran Times”, “Tasnim” saytları Azərbaycanın Dağlıq Qarabağ uğrunda apardığı mübarizədə qalib gələrək Ermənistanı sülhə məcbur etdiyini bildiriblər.

İran mətbuatı Ermənistanın baş naziri Nikol Paşinyanın sosial şəbəkədə paylaşdığı statusa toxunub.

Materiallarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev siyasi iradə nümayiş etdirərək işğal altındakı torpaqları azad etdi. Materiallarda Prezident İlham Əliyevin xalqa müraciətindən sitat da gətirilib: “Paşinyan bəyanatı öz istəyi ilə deyil, Azərbaycanın dəmir yumruğu sayəsində imzaladı”.

İran mediası Ermənistanda baş verən hadisələrə də toxunub. Qeyd olunub ki, Ermənistanda xaos hökm sürür. Şəhid anaları və yaxınları parlamentə hücum edərək qanunverici orqanın binasını dağıdıblar. Ermənistanda baş nazir N.Paşinyanın istefası tələb olunur.

ƏvvəlkiAvropada “Amazon”a qarşı inhisarçılıq iddiası ilə II təhqiqat başlandı
NövbətiTokio Olimpiadasına alınan biletlərin geri qaytarılması üçün müraciətlərin qəbuluna başlanılıb