Yerevanda polis etirazçılara qarşı zorakılıq tətbiq edib, saxlanılanlar var

Ermənistanın paytaxtı Yerevanda polis baş nazir Nikol Paşinyanın istefası tələbi ilə “Respublika” meydanına avtoyürüş təşkil etməyə çalışan şəxslərin qarşısını alıb.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Agentlik qeyd edib ki, polis əməkdaşları aksiyaçılara qarşı zorakılıq tətbiq edib. Aksiyaçılardan bəziləri saxlanılıb.

ƏvvəlkiBaş Prokurorluq Semyon Peqovun cinayətləri ilə bağlı Rusiyaya müraciət edib
NövbətiRusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsi prosesi başa çatdı