Milli Qəhrəman Allahverdi Bağırovun zabit qızları atasının Ağdamdakı məzarını ziyarət etdi

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları Ağdamda atalarının işğaldan azad edilən məzarını ziyarət ediblər.

Trend-in məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə video yayılıb.

Dövlət Sərhəd Xidmətinin zabiti olan Tibb xidməti kapitanı Aynur Bağırova videoda atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına qayıdışına görə Ali Baş Komandana təşəkkürünü bildirib: “Atamın həmişə mənə arzuladığı peşəyə yiyələnərək bu gün fəxrlə Dövlət Sərhəd Xidmətinin zabiti kimi onun məzarını ziyarət etməyimlə qürur duyuram. Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq”.

A.Bağırovun digər qızı, DSX-nın polkovnik-leytenantı Zümrüd Bağırova isə deyib ki, sonuncu dəfə atasının məzarını 6 yaşında ziyarət edib: “1993-cü ildə tərk etdiyim Vətən torpağında, sonuncu dəfə 6 yaşında olmuşam və bu gün yenidən atamın məzarı önündəyəm. Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

Qeyd edək ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib, lakin məzar daşı qoyulmayıb.

[advanced_iframe src=”//daytube.az/az/embed/99187″ width=”100%” height=”600″]

 

 

Əvvəlki“Facebook” gələn ilin əvvəlində şəxsi kriptovalyutasını buraxacaq
Növbəti“France-24” kanalı Füzulidən reportaj hazırlayıb