Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 4170 yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 118 min 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 73 min 676 nəfər müalicə olunaraq sağalıb, 1361 nəfər vəfat edib. Aktiv xəstə sayı 43 min 158 nəfərdir.
Ötən müddət ərzində 1 milyon 718 min 235 test aparılıb. Bugünkü test sayı isə 17 min 581-dir.