Fransanın paytaxtı Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanunun qəbul edilməsinə qarşı etiraz aksiyası zamanı 22 nəfər saxlanılıb.
Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə özünün “Twitter” səhifəsində Fransanın daxili işlər naziri Jerald Darmanen yazıb.
Nazir bildirib: “Bəzən son dərəcə aqressiv insanlara qarşı həyata keçirməli olduqları fəaliyyətə görə hüquq-mühafizə orqanları əməkdaşlarına təşəkkür edirəm. Parisdə keçirilən nümayişlər zamanı 22 nəfər saxlanılıb”.