Yay mövsümü başlayandan indiyədək Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ilan sancması ilə bağlı 27 müraciət daxil olub.
Səhiyyə Nazirlyindən verilən məlumata görə, bütün xəstələr ilk tibbi yardımdan sonra hospitalizasiya edilib.
Günvurma hallarının sayı 102, hospitalizasiya 65, suda boğulma ilə bağlı müraciətlərin sayı 59, hospitalizasiya 18 olub.