Son günlərdə mediada Ermənistan ordusunun Qafan ətrafındakı yüksəklikləri, kəndləri tərk etməsi barədə məlumatlar yayılır. Bildirilir ki, bu ərazilər Azərbaycan ordusuna təslim edilməlidir.
Lent.az bildirir ki, hətta bbc dünən məlumat yaydı ki, bu hadisə Ermənistanda qəzəb yaradıb və günlərdir davam edən, Baş nazir Nikol Paşinyanın istefasına səsləyən etirazları daha da qızışdırıb.
Qafanın meri Gevorq Parsyan isə mediaya deyib ki, Qafan və ətraf kəndlər təhlükə altındadır: “Cümə axşamı səhər Ermənistan Müdafiə Nazirliyindən hərbçilərə sərəncam gəlib ki, sabah saat 17:00-a kimi “əlverişli yüksəkliklərdən çəkilsinlər, onlar düşmənə verilir”.
Onun sözlərinə görə, erməni hərbçilər öz postlarından “Sovet sərhədlərinə” çəkilməlidirlər.
Əsas sual isə budur ki, bəs boşaldılan kəndlər kimə məxsus idi? Bu gün sputnik.am-ın müxbiri hadisə yerinə gedib və onun verdiyi məlumata görə onların “Spitakşen” adlandırdıqları kənd Azərbaycanındır. Zəngilan rayonun kəndidir və Ermənistanla sərhəddə yerləşir. Kənd Qafan şəhərinin 2 kilometrliyindədir. Ermənistan-Azərbaycan-Rusiya arasında imzalanmış üçtərəfli razılaşmaya əsasən kənd boşaldılır. Orada yaşan ermənilər isə xislətlərinə uyğun olaraq çıxdıqları yeri yandırmağa davam edir.
Lent.az yanan kəndin videosunu təqdim edir.