Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 5 məsələ daxil edilib.
İclasda “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə (birinci oxunuş), “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Banklar haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda və Mülki Məcəllədə dəyişiklik edilməsi barədə (hamısı birinci oxunuş) qanun layihələri, həmçinin “Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə” dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələri müzakirə olunacaq.