Azərbaycan Dəmir Yolları” QSC-də RF nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüş keçirilib

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Türk.az-a verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-də Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov ilə görüş keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov-a Azərbaycanın nəqliyyat-logistika imkanları, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”,  Cənub-Qərb nəqliyyat dəhlizləri və Bakı -Tbilisi – Qars dəmir yolu bağlantısı  barədə ətraflı məlumat verib.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin perspektivlərindən danışan C. Qurbanov bildirib ki, bu dəhlizlə bağlı işlərin birinci mərhələsi başa çatıb, dəhlizin Azərbaycan ərazisində olan hissəsi tam istismara hazırdır. Bu marşrut təkcə Azərbaycan, Rusiya Federasiyası və İran deyil, eləcə də ilə ixrac-idxal əməliyyatlarını həyata keçirərək ticarət dövriyyəsini artırmaq istəyən digər region dövlətlərinin də inkişafında əhəmiyyətli rol oynayacaq.

“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır.

Görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub. 

Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Alan Luşnikov “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.

ƏvvəlkiBakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yeni növ yüklərin daşınmasına başlanılıb
NövbətiAzərbaycanda adın, ata adının və soyadın dəyişdirilməsi qaydalarına əlavə edilib