Sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün Qərara əlavə edilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.