Bu gün səhər saatlarında Qazaxıstanın şərqində 4,0 bal gücündə zəlzələ baş verib.
Turk.az-ın məlumatına görə, yeraltı təkanların episentri Almatı şəhərindən 206 kilometr şimal-qərbdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.
Dağıntı və ya zərərçəkənlər barədə məlumat yoxdur.