Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” müvafiq qərarına uyğun olaraq, ölkə ərazisində olduğu kimi Bakı şəhərində də ictimai nəqliyyatın fəaliyyəti 2021-ci il yanvarın 31-dək yalnız hər həftənin şənbə və bazar günləri dayandırılır.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, Yeni il tətili günlərində də bu qərar əsas götürülməklə yanvarın 2-də gecə saat 00:00-dan yanvarın 4-də səhər saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.
Dekabrın 31-i, eləcə də 2021-ci il yanvarın 1 və 4-də isə müvafiq olaraq həftənin cümə axşamı, cümə və bazar ertəsi günlərinə təsadüf etdiyindən həmin günlərdə müntəzəm və ekspress xətlər üzrə avtobuslar adi rejimdə sərnişinlərin xidmətində olacaq.