Yeni növ koronavirus (COVID-19) infeksiyasına mübarizə tədbirləri çərçivəsində Türkiyədə üç günlük “Evdə qal” rejimi qüvvəyə minib.
AZƏRTAC xəbər verir ki, dekabrın 31-də yerli vaxtla saat 21.00 başlayan proses 2021-ci il yanvarın 4-də saat 5.00-a kimi qüvvədə olacaq.
Yanvarın 4-də axşam saat 21.00-da isə həftənin ilk beş gününə şamil edilən gündəlik “Evdə qal” rejimi tətbiq olunacaq.
Qeyd edək ki, COVID-19 infeksiyasının yayılma riskinə görə, Türkiyədə Yeni il şənliklərinin keçirilməsi qəti qadağandır.