Özbəkistan Xarici İşlər Nazirliyi Taliban nümayəndələri ilə görüşüb.

Türk.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Talibanın Dohadakı nümayəndə heyəti Daşkəndə Şir Məhəmməd Abbas Stanikzayemin rəhbərliyi ilə gəlib. Onlar burada 7-10 avqust tarixlərində olublar.

Tərəflər arasında əsas müzakirə mövzusu Əfqanıstandakı sülh prosesi olub. XİN görüş haqqında əlavə məlumat verməkdən imtina edib.

 

ƏvvəlkiBu gün Günəş tutulacaq
NövbətiBu gün Balakən-Bakı sərnişin qatarı Bakıya Qax stansiyasından yola salınacaqdır.