Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “AzInTelecom” MMC Data Mərkəzinin şəbəkə infrastrukturunun, o cümlədən şəbəkə təhlükəsizliyi, məlumat saxlama sistemlərinin struktur və fəaliyyətinin texniki auditi və mövcud sistemlərin təkmilləşdirilməsi üzrə müvafiq texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
“Report” vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Evrodizayn” QSC-dir.
Qalib şirkətə 950 745 manat ödəniləcək.