Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gənclər Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:

“Bu gün 2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən təbrik edirəm! Qoy sizin həyatınız daim parlaq, maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”

ƏvvəlkiAzərbaycanın “2021‒2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” hazırlanacaq
NövbətiAleksey Navalnı 3,5 il müddətinə azadlıqdan məhrum edildi