Bu gün Ceyhun Bayramov Ərdoğanla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edəcək.

“Report”un məlumatına görə, qəbul bu gün Türkiyə Prezident Administrasiyasında baş tutacaq.

Qeyd edək ki, fevralın 23-də Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarci işlər nazirlərinin 5-ci üçtərəfli görüşü olacaq.

ƏvvəlkiXalq artisti Yalçın Rzazadə vəfat edib
NövbətiAnkarada Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib