Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun rayonun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən həmin ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyənləşdirilib.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.