İŞİD qruplaşmasının terrorçuları Suriyanın Deyr əz-Zor vilayətində qaz boru kəmərində təxribat törədiblər.
Trend-in məlumatına görə, bu barədə SANA agentliyi xəbər verib.
Məlumata əsasən, boru kəmərinin partlaması nəticəsində iki yerdə alovlanma baş verib, xilasetmə qrupları və bir təmir qrupu təxribat yerinə cəlb olunub.