Myanmada ölkənin müxtəlif şəhərlərində aksiya iştirakçıların və təhlükəsizlik qüvvələri arasında toqquşmalar zamanı ölənlərin sayı 17 nəfərə çatıb.
Türk.az “Mizzima” portalına istinadən verdiyi xəbərə görə, polis və hərbçilərin açdığı atəş nəticəsində Yanqon şəhərində 4, Mandale şəhərində 2, Baqo şəhərində 3, Davey şəhərində 4, Mey şəhərində 1, Pakokku şəhərində 2 nəfər və Molamyayne şəhərində 1 nəfər ölüb.