“Yaralı həbrçilərə oftalmologiya sahəsində göstərilən tibbi yardıma görə İsrailin səhiyyə işçiləri komandasına və səfirliyinə minnətdarıq. Bu, ölkələrimiz arasındakı dostluğun rəmzidir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Bir həyatı xilas edən bütün dünyanı xilas edir”, – o, “Şindlerin siyahısı” filmindən sitat gətirib.