Naxçıvan Muxtar Respublikasında daha bir sabiq məmur həbs edilib.
Trend-in əldə etdiyi məlumata görə, MR-nın sabiq Təhsil naziri Məmməd Qəribov saxlanılıb.
Xəbəri Baş Prokurorluğun Mətbuat Xidməti Trend-ə təsdiqləyib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədov da həbs edilib.