Cəlilabad rayonunda yol qəzası baş verib.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinə məxsus “Toyota” markalı avtomobil qəzaya uğrayıb.
Qəza nəticəsində səfirliyin əməkdaşı xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.