Türkiyənin Silahlı Qüvvələrinin ölkənin şərqindəki Tunceli əyalətində keçirdiyi əməliyyat nəticəsində terrorçuların bir neçə sığınacağı məhv edilib.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatorunun idarəsindən bildirilib.
“Eren-7 Mercan Munzur” əməliyyatı Hozat rayonu ətrafında keçirilib. Əməliyyat nəticəsində terrorçuların beş sığınacağı aşkar olunaraq məhv edilib.
Sığınacaqlarda axtarışın gedişatında qida məhsulları da tapılıb.
Regionda terrorizmlə mübarizə üzrə əməliyyat davam edir.