Martın 16-da Milli Məclisin növbəti plenar iclası keçirilir.
AZƏRTAC verir ki, plenar iclasın gündəliyində 2 məsələ müzakirə olunur.
İclasda ilk olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək.
Milli Məclisdə həm də Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinini və auditorlarının təyin edilməsi haqqında məsələyə baxılacaq.