Yanvar-fevral aylarında hava nəqliyyatı ilə 183 ton yük ixrac olunub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ilin müvafiq dövrünə nisbətən 15 min 707 ton azalma olub. Belə ki, 2020-ci ilin iki ayında hava nəqliyyatı ilə 15 min 890 ton yük göndərilib.
Cari ilin yanvar-fevral aylarında bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi isə 1468 ton təşkil edib.