Bakıda Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində müəllimin şagirdi döyməsi məsələsi araşdırılıb.
Təhsil Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, araşdırmalar nəticəsində şagirdi məktəbin direktor müavini Q.Qasımovun döydüyü məlum olub.
Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə internat məktəbinin direktor müavini işdən azad olunub.
Bundan başqa, direktora töhmət verilib.
Qeyd edək ki, şagirdi döyən 55 yaşlı Q.Qasımovla bağlı Nərimanov rayon 16-cı Polis Bölməsində araşdırmalara başlanılıb.