Yanvar-fevral aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi Körfəz ölkələri sırasında ilk üçlükdə İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı qərarlaşıb.
AZƏRTAC nin məlumatına istinadla xəbər verir ki, İrana ixracın dəyəri 3,5 milyon dollar, BƏƏ-yə 513 min dollar, Səudiyyə Ərəbistanına isə 212 min dollar olub. Hər üç ölkəyə ixracın dəyərində azalma müşahidə edilib.