Nazirlər Kabineti Azərbaycanda aprel-may ayları üçün ictimai nəqliyyatın hərəkətinə dair qərar qəbul edib.
“Report” xəbər verir ki, qərara əsasən, aprel və may aylarında ictimai nəqliyyatın hərəkəti aşağıdakı qaydada tənzimlənəcək:
- 2021-ci il 3 aprel saat 00:00-dan 5 aprel saat 06:00-dək;
- 10 aprel saat 00:00-dan 12 aprel saat 06:00-dək;
- 17 aprel saat 00:00-dan 19 aprel saat 06:00-dək;
- 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək;
- 1 may saat 00:00-dan 3 may saat 06:00-dək;
- 8 may saat 00:00-dan 10 may saat 06:00-dək;
- 15 may saat 00:00-dan 17 may saat 06:00-dək;
- 22 may saat 00:00-dan 24 may saat 06:00-dək;
- 29 may saat 00:00-dan 31 may saat 06:00-dək Azərbaycan Respublikası ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılır.