Azərbaycan Respublikasında koronavirus infeksiyasından 342 nəfər müalicə olunaraq sağalıb, 814 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 246 min 304 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 232 min 876 nəfər müalicə olunaraq sağalıb, 3 min 351 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 min 77 nəfərdir.
Ötən müddət ərzində 2 milyon 776 min 535 test aparılıb. Bugünkü test sayı isə 8 min 386-dır.