Türkiyənin “BOTAŞ International Limited” (BIL) şirkəti bugünədək Ceyhan neft terminalından 3,624 milyard barel neft nəql edib.
Trend bu barədə şirkətə istinadən məlumat verir.
Bu günədək terminaldan “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından neft daşıyan 4 733 tanker yola salınıb.
2021-ci ilin birinci rübündə Ceyhan neft terminalından 74 AÇG nefti daşıyan tanker və ya 53,6 milyon barel neft yola salınıb.