Efiopiyanın şimal-şərqindəki Afar və Somali ştatları arasındakı sərhəd rayonunda son beş gündə icmalararası toqquşmalarda 100-dən çox insan həlak olub.
“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “Reuters” agentliyi bildirib.
Afar ştatının polis rəisinin müavini Əhməd Xumed bildirib ki, toqquşmalar ötən cümə günü başlayıb və bu günə kimi davam edir. O, silahlı qrupları zorakılıqda ittiham edib.
Öz növbəsində Somalinin “Garowe” xəbərlər portalı bildirib ki, toqquşmalar Sitti (Şinile) rayonunda olub. Orada yaşayan icmalar son iyirmi il ərzində su, torpaq, otlaq resurslarına giriş hüquqları üstündə mübahiə edir.