Bu barədə Türk.az Nazirliyin rəsmi facebook səhifəsinə istinadən xəbər verir.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev bu sözləri qeyd etmişdir “Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşdüm. Qardaş ölkələrimiz arasında olan sıx əməkdaşlıq, eləcə də Türkiyənin Vətən müharibəsi zamanı göstərdiyi mənəvi, siyasi və diplomatik dəstək haqqında danışdıq. Bu əlaqələrin inkişafında Türkiyənin ölkəmizdəki səfirliyinin böyük rol oynadığını vurğuladım.”