CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 14-də 65,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,39 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 65,28 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,41 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,66 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 65,67 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,58 dollar/barel çoxdur.