Daxili işlər orqanları ötən gün 115 cinayət faktı qeydə alıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Türk.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 32 cinayətin açılması təmin olunub.

Respublikanın daxili işlər orqanları ötən gün 132 cinayət faktı qeydə alıb. Onların 30-u “isti izlər”lə açılıb.

Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 5 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər həlak olub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

ƏvvəlkiAzərbaycanın 17 yaşadək futbolçuları Qazaxıstanda “Prezident kuboku” turnirində iştirak edəcəklər
NövbətiEkologiya və Təbii Sərvətlər Nazirliyinin hədəfi Xəzər dənizini ekoloji inkişaf və sabitlik zonasına çevirməkdir