Yenicə çapdan çıxmış “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə (yenidən işlənmiş 7-ci nəşr) koronavirus sözü də yer alıb.
“Report”un xəbərinə görə, lüğətə həmçinin, koronafobiya, koronaviruslu və koronavirussuz sözləri də əlavə edilib.
Qeyd edək ki, lüğət bu həftə işıq üzü görüb. Sonuncu orfoqrafiya lüğəti isə 2013-cü ildə çap edilmişdi. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”, təqribən, 5 ildən bir hazırlanır.