“Uzbekistan Airways” şirkəti koronavirus təhlükəsi ilə bağlı mayın 1-dən 9 şəhərə – Paris, Tokio, Roma, Milan, Banqkok, Mumbay, Amritsar, Kuala-Lampur və Cakartaya olan aviareysləri yenidən bağlayır.
AZƏRTAC xəbər verir ki, COVID-19-a yoluxma sayının kəskin artması ilə əlaqədar Özbəkistanda karantin rejimi sərtləşdirilib.
Bildirilir ki, “Uzbekistan Airways” Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası, Pakistan, Hindistan, İsrail və Qazaxıstanın bir sıra aviasiya şirkətlərinin Özbəkistana uçuşlarının müvəqqəti dayandırılması haqqında da qərar qəbul edib.